Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir. Muzey 15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf edilmədən təmənasız fəaliyyət göstərmiş,eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.
1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmiş,1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən muzeyə dövlət statusu verilmişdir. 1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur
Muzeyimizin fondunda bölgənin tarixini əks etrirən 7 mindən çox dəyərli eksponat vardır. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq,tətbiqi incəsənət, arxeoloqiya, numizmatika,etnoqrafiya,fotoşəkillər,sənədlər bölməsindən ibarətdir.
Muzeydə toplanan zəngin material demək olar ki, bütün tarixi mərhələləri dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid arxeolo
ji tapıntılar,məişət əşyaları,əmək alətləri,zinət bəzək əşyaları,silahlar,milli geyim nümunələri,tarixi sənədlər,insanların həyat tərzni və məşğuliyyətini, Masallının bu gününü və inkişaf perspektivlərini dolğun və hərtərəfli şəkildə əks etdirirlər. Muzey yarandığı gündən bu günə kimi qonaqların ürək sözləri 17 rəy kitabında cəmlənib. Masallı Tarix –Diyarşünaslıq muzeyi 2005-çi ilin oktyabırından Rəhim müəlllimin adını daşıyır. Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan geniş tədbirlər nəticəsində Masallı tarix-diyarşünaslıq muzeyi uçun müasir tələblərə cavab verən yeni bina inşa edilib.
Hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının 2013-il sentyabırında Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir. Hörmətli Prezidentimizin, sayəsində rayonun tarixinin qorunması və təbliği üçün yaratdığı belə bir şəraitə görə minnətdarlıgımızı bildiririk.